Müğənni: "Oxumaq, toyda hamını şənləndirmək xoşbəxtlik deyil" - VİDEO


“Güclü kişi qarşıma çıxsaydı, bu zülmdən qurtarardım”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-Səhər” proqramında qonaq olan müğənni Mətanət Əsədova deyib.

O bildirib ki, həyatda özünü xoşbəxt qadın saymır:

“Xoşbəxt deyiləm. Xoşbəxt onda olardım ki, oturardım evdə. Oxumaq, geyinib performans göstərmək, toyda hamını şənləndirmək, bu xoşbəxtlik deyil. Bu bizim işimizdir, xoşbəxtlik deyil. Onda xoşbəxt olardım ki, özümdən güclü kişi qarşıma çıxardı, mən də evdə oturardım. Heç nəyin qiymətini bilməzdim. Bilərdim ki, mənim işimi görən biri var. O vaxt xoşbəxt olaram ki, mən bu zülmdən qurtararam”.

 

DİGƏR XƏBƏRLƏR

Top