Azərbaycanda hamamı və tualeti olmayan yüz minlərlə ev var - RƏSMİ MƏLUMAT


Azərbaycanda kənd yerlərində mövcud olan 1 milyon 66 min ev təsərrüfatının 18,5%-də və ya 197 minində hamam yoxdur.
Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, kənd yerlərində kanalizasiya sistemi olmayan 41 minə yaxın ev var.
Bundan başqa kənd evlərinin 93,2%-də və ya 993 minində mərkəzi isitmə sistemi, 39,1%-də və ya 417 minində telefon, 16%-də və ya 171 minində qaz xətti, 24,2%-də və ya 258 minində su xətti yoxdur.
Onu da bildirək ki, şəhər yerlərində hamamı olmayan 53 mindən, kanalizasiya sistemi olmayan 1300-dən çox ev var.

DİGƏR XƏBƏRLƏR

Top