Azərbaycanda kim daha çox pul xərcləyir: qadınlar, yoxsa kişilər? - Müqayisəli CƏDVƏL


Azərbaycanda ailə başçısının qadın olduğu ev təsərrüfatlarında adambaşına düşən ümumi istehlak xərcləri ailə başçısının kişi olduğu ev təsərrüfatlarından daha çoxdur. Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, qadın ailə başçılarının istehlak xərcləri kişi ailə başçılarının xərclərilə müqayisədə 5,3% daha çoxdur.  
Qadın ailə başçılarının istehlak xərcləri tütün məmulatları, alkoqollu içkilər və nəqliyyat xərcləri istisna olmaqla digər istiqamətlərdə kişi ailə başçılarından daha çox olub.
Qadın və kişi ailə başçılarının olduğu evlərdə adambaşına düşən aylıq istehlak xərcləri (manatla) aşağıdakı kimi olub:
  Kişi Qadın
Ərzaq məhsullarına 117,2 azn 122,3 azn
Alkoqollu içkilərə 1,6 azn 1,3 azn
Tütün məmulatlarına 4,1 azn 2,5 azn
Paltar və ayaqqabıya 17,5 azn 20,5 azn
Su, işıq, qaz və digər yanacaq növlərinə 20,2 azn 22,4 azn
Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 24 azn 26,5 azn
Səhiyyə xidmətlərinə 12,8 azn 14,9 azn
Nəqliyyat xərclərinə 17,2 azn 15,2 azn
Rabitə xərclərinə 8,8 azn 10,1 azn
İstirahət və mədəniyyət xərclərinə 11,6 azn 12,3 azn
Təhsil xərclərinə 5,1 azn 5,4 azn
Mehmanxana, kafe, restoran və yeməkxanaya 23,4 azn 23,4 azn
Digər mal və xidmətlərə 12,5 13,8 azn
CƏMİ 276 azn 290,7 azn

DİGƏR XƏBƏRLƏR

Top