Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib


Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yeniavaz.com report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. "Tofaş" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


 

DİGƏR XƏBƏRLƏR

Top