Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb


Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zamanı yaralanıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb.

O, yaralanan erməni hərbçinin kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, cari il fevralın 8-də Suriyaya Ermənistan silahlı qüvvələrinin 83 hərbçisi humanitar yardım dəstəsinin tərkibində göndərilib. Onlar Suriyadakı Rusiya hərbi heyətinin tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Suriyada Ermənistanın Rusiya ilə əməkdaşlığına etirazını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top