Messi yenidən Argentina millisinə çağrılıb


"Barselona"nın forvardı Lionel Messi yenidən Argentina millisinə çağrılıb.

Messi 2018-ci il Dünya çempionatının 1/8 final matçından sonra milli komandanın oyunlarında iştirak etməyib.

Yığmanın mətbuat xidmətinin məlumatına görə, hücumçu Venesuela (22 Mart) və Mərakeş (26 Mart) ilə yoldaşlıq oyunlarında komandanın sıralarına qatılacaq.

Messinin hesabında yığmada 128 oyun və 65 qol var. (Report)

DİGƏR XƏBƏRLƏR

Top