Avropa Liqası: "Arsenal" və "Zenit" məğlubiyyətlə üzləşib - NƏTİCƏLƏR


Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

8 görüşdən ilk 5-də meydan sahibləri və qonaqlar bərabər sayda qələbə qazanıblar. Yalnız bir qarşılaşmada heç-heçə qeydə alınıb.

Ötən mərhələdə Türkiyə təmsilçiləri "Qalatasaray" və "Fənərbağça"nı mübarizədən kənarlaşdırmış Portuqaliya "Benfika"sı ilə Rusiya "Zenit"i bu dəfə məğlubiyyətə düçar olub. Lissabon komandası Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"ya minimal hesabla yenilib. Sankt-Peterburq təmsilçisi isə evdə İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzaraq, növbəti mərhələ şanslarını böyük ölçüdə əldən verib.

"Qarabağ"la eyni qrupda çıxış etmiş İngiltərə "Arsenal"ı da Fransada eyni hesabla uduzub. Londonlular hələ oyunun əvvəllərində hesabı açsalar da, hissənin sonlarında əvvəlcə bir oyunçudan qırmızı vərəqə alması səbəbindən məhrum olublar, daha sonra qapı torundan toplar çıxarmağa məcbur olublar. Nəticədə "topçular" da 1/4 final şanslarını çətinləşdiriblər.

Almaniyada "Ayntraxt" İtaliya "İnter"i ilə qarşılaşmada qolsuz heç-heçə ilə kifayətlənib. Avroliqanın 5 qat qalibi "Sevilya" isə İspaniyada Çexiya "Slaviya"sına qalib gələ bilməyib.

Avropa Liqası

1/8 final, ilk oyunlar

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya) - 1:0

Qol: Bruno Petkoviç, 38 (p.)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya) - 0:0

21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə) - 3:1

Qollar: Benjamin Burijo, 42. Naço Monreal, 65 (öz qapısına). İsmaila Sarr, 88 - Aleks İvobi, 4

Qırmızı vərəqə: Sokratis Papastatopulos, 41 ("Arsenal")

21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:2

Qollar: Vissam Ben Yedder, 1. Munir Əl-Həddadi, 28 - Miroslav Stoç, 25. Aleks Kral, 39

21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya) - 1:3

Qollar: Sərdar Azmun, 35 - Visente İborra, 33. Jerar Moreno, 64. Manu Morlanes, 71

Qalan 3 oyun saat 24:00-da başlanacaq:

24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)

24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)

(Report)

DİGƏR XƏBƏRLƏR

Top