Ölkədən qaçmaq istəyən polis mayoru tutuldu


Məhkəmə Azərbaycandan qaçmaq istəyən rəis müavininin həbsinə qərar verib.

Nərimamov Rayon Məhkəməsində 13-cü Polis bölməsinin rəis müavini, polis mayoru Mehman Əsədovun və tanışı olan Aygün adlı qadın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Yeniavaz.com ONA-ya istinadla xəbər verir ki, məhkəmə vəsatəti təmin edib. Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, M. Əsədov hava limanında yaxalanıb. İttihama görə, o, Aygün adlı şəxslə əlbir olaraq, vətəndaşlara əlillik dərəcəsi vermək adı ilə dələduzluq edib. Bu yolla onlar vətəndaşların hissə-hissə olmaqla, təxminən 500 min manata qədər pulunu mənimsəyiblər.

DİGƏR XƏBƏRLƏR

Top