Macarıstanın Baş naziri Qərbi Avropanı qitəni islamlaşdırmaqda ittiham etdi

 
Qərbi Avropa ölkələri Avropa İttifaqının (Aİ) qalan dövlətlərinə miqrasiyanı təbliğ etmək siyasətini zorla qəbul etdirəcəyi halda birlik parçalana bilər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
 
Onun fikrincə, bu cür siyasət Avropa qitəsində müsəlman əhalinin çoxluq təşkil etməsinə gətirib çıxaracaq: “Əgər bizi rahat buraxsalar və bizə islamlaşdırmanı zorla qəbul etdirməsələr Avropa azad ölkələr klubu kimi yaşaya bilər. Yox, əgər bizə BMT-nin miqrasiya haqqında qlobal müqavilə və ya Avropa Komissiyasının bizi Qərbin güzəşt siyasətini qəbul etməyə yönəlmiş qərarla razılaşmağa məcbur etsələr, parçalanmanı istisna etmək olmaz”.
 
Xatırladaq ki, Aİ ölkələri 2015-ci ilin payızında Yunanıstan və İtaliyada olan 160 min qaçqını öz ərazilərində yerləşdirmək barədə qərar qəbul edib. Lakin Macarıstan, Slovakiya, Polşa və Çexiya bu qərara əməl etməkdən imtina ediblər. 

DİGƏR XƏBƏRLƏR

Top