Hüquq müdafiəçiləri Qobustandakı məhkumlarla görüşdülər


Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən ictimai komitənin üzvləri Qobustan həbsxanasına baş çəkiblər. Yeniavaz.com xəbər verir ki, bu barədə qafqazinfo-ya komitənin koordinatoru, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib.

O qeyd edib ki, görüşdə onunla birgə komitənin digər üzvləri Əliməmməd Nuriyev və Əhməd Abbasbəyli də iştirak edib.

Monitorinq zamanı 30-dan artıq məhkumla görüşülüb. Onların saxlanma şəraiti, telefonla danışmaq imkanları monitorinq edilib.

30-dan artıq məhkumla isə üzbəüz söhbət edilib və onların qaldırdığı məsələlər dinlənilib.

Qeyd edək ki, məhkumların əsas müraciətləri barələrində məhkəmədə gedən proseslərlə bağlı olub.

DİGƏR XƏBƏRLƏR

Top