SSRİ 28 ildir dağılıb, amma Azərbaycanda "Kolxoz" və "Sovxoz"dan əl çəkməyənlər var

 
SSRİ-nin süqutundan 28 ilə yaxın vaxt ötsə də, hələ də Azərbaycanda "Kolxoz" və "Sovxoz" adlarından istifadə olunmaqdadır. Yeniavaz.com kommersiya hüquqi şəxslərin reyestr məlumatlara istinadən bildirir ki, Azərbaycanda adlarında "Kolxoz" və "Sovxoz" ifadələrinin yer aldığı müəssisələr mövcuddur.
Adlarında "Kolxoz" və "Sovxoz" ifadələrinin yer aldığı müəssisələrin bəziləri bunlardı:
1. "Dəvəçi Kolxoz Bazarı" MMC
2.  "Kalinin Adına Kolxoz" MMC
3.  "Kolxozçu" Firması
4.  Baş Kolxoz İdarəsi və Təsərrüfatlaraeası Koorperasiya İdarəsi
5.  Bərdə rayon Kolxozlararası Uşaq İstirahət Müəssisəsi
6.  Cəlilabad rayon Göytəpə Kolxoz Bazarı
7.  Dəliməmməd Kolxoz Bazarı
8.  Nikitin adına Kolxoz
9.  Xudat şəhər Kolxoz Bazarı
10.  Azərittifaqın Maştağa Sovxoz Fəhlə Kooperativi
Onu da bildirək ki, SSRİ-dəm "miras" qalan adlar təkcə "Kolxoz" və "Sovxoz"la bağlı deyil, eyni zamanda digər "sovet adları"ndan da hazırda istifadə olunmaqdadır. Məsələn, Bakının bolşeviklər tərəfindən işğalında mühüm rol oynayan inqilabçılardan biri - Petr Vasilyeviç Montinin adına olan qəsəbə (Nərimanov rayonu) ləğv olunsa da, "Montin" adının yer aldığı bir-neçə müəssisə hələ də fəaliyyət göstərir. Onlardan "Montin" Mənzil-Tikinti Kooperativi, "Montin-Bazar" Açıq Səhmdar Cəmiyyəti və s. qeyd etmək olar.
 

DİGƏR XƏBƏRLƏR

Top