Putin Mehriban Əliyevayanı təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

AzərTAc bildirir ki, məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin”.

DİGƏR XƏBƏRLƏR

Top