Yanğın zamanı xəsarət alanlardan 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir


Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan iki nəfərin müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. 

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyindən report-a bildirilib ki, vəziyyəti stabil olan iki şəxsin müalicəsi üçün lazımi tədbirlər görülür.

Onların da sabah evə buraxılması gözlənilir.  

Qeyd edək ki, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub. 

Yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu ölüb. 5 nəfər isə tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-ü martın 6-da evə buraxılıblar. 

DİGƏR XƏBƏRLƏR

Top