Bakıda qardaşı arvadını öldürən şəxsə hökm oxundu


Bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Yeniavaz.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə  hökm oxunub. 

Məhkəmənin hökmü ilə Ə.Abdullayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, hadisə ötən il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top