Ferma ərazisindən 188 ədəd mərmi tapıldı


Yevlaxda ferma ərazisindən 188 ədəd mərmi tapılıb. ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Mütəxəssislər rayonun Aran qəsəbəsi ərazisində ferma sahəsinə baxış keçirib.Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim məqsədli mərmilər aşkar olunub. Aşkarlanan təhlükəli əşyalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top