Azərbaycanda ölümlə nəticələnən daha bir YANĞIN


Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Yeniavaz.com-a verilən məlumatda bildirilir ki, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib.

Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Qeyd edək ki, Xaçmaz rayonunda da ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Rayonun Yalama kəndində 1 otaqlı evdə baş verən yanğın zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Qədirov Taleh dünyasını dəyişib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top