Türkiyə C-400 istehsal etmək niyyətindədir


Türkiyə Rusiya ilə birlikdə C-400 zenit-raket komplekslərini istehsal edəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib.

“Biz C-400-lə bağlı işləri tamamladıq, geriyə yol yoxdur”, - deyə, türk lideri bildirib.
 
Ərdoğan bildirib ki, Moskva ilə anlaşmaya əsasən Rusiya və Türkiyə C-400 komplekslərini birgə istehsal edəcək və bu son deyil: “Sonra, bəlkə C-500 üzərində də işlədik”.

Qeyd edək ki, dünən ABŞ Dövlət departamenti Rusiya ilə razılaşmadan çıxmadığı təqdirdə Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağını bildirib.  (ONA)

DİGƏR XƏBƏRLƏR

Top