Timoşenkoya rüşvət vermək istəyənlər saxlanıldı

 
Ukraynada seçkilərdə iştirakdan imtina etmə müqabilində prezidentliyə namizəd Yuliya Timoşenkoya rüşvət verməyə cəhd edən iki nəfər saxlanılıb. Yeniavaz.com RBK-ya istinadla xəbər veri ki, bu barədə Ukrayna baş prokuroru Yuri Lutsenko özünün “Facebook” səhifəsində yazıb.
 
Onun sözlərinə görə, hər iki şübhəli Y.Timoşenkoya 5 milyon qriven (180 min dollardan çox) verməyə çalışarkən saxlanılıb. Prezidentliyə namizədin özü bir neçə gün əvvəl Baş Prokurorluğa müraciət edərək ona təsir etməyə çalışıldığı barədə məlumat verib.
 
Qeyd edək ki, Y. Timoşenko Ukrayna prezidenti seçkilərində iştirak etməyə hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün ümumilikdə 44 namizədi qeydiyyatdan keçirib. Prezident seçkiləri martın 31-nə planlaşdırılıb. 

DİGƏR XƏBƏRLƏR

Top