Problemli kreditlərin qaytarılması maliyyə bazarına necə təsir edəcək? - VİDEO


Problemli kreditlərin geri qaytarılması ilə Azərbaycanın maliyyə bazarında pul kütləsinin artması o qədər də ciddi problem yaratmayacaq.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.


O, bazara daxil olacaq pulun mənbəyinin bəlli olduğunu bildirib.

Elman Rüstəmov onu da qeyd edib ki, əgər bazarda pul kütləsi artarsa bunun qarşısını almaq üçün qurum bütün variantlardan istifadə edəcək.

Mərkəzi Bankın sədri uçot dərəcəsinin azaldılması məsələsinə də münasibət bildirib. Elman Rüstəmov hazırda bunun üçün səbəb olmadığına diqqət çəkib.

Elman Rüstəmov problemli kreditlərin qaytarılması ilə bağlı mexanizmin hazırda bütün aidiyyəti qurumlar tərəfindən birgə hazırlandığını və qısa zamanda onun ictimaiyyətə açıqlanacağını bildirib.


(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top