
Rusiya Prezidenti Vladimir Putin hərbçilərə smartfona malik olmağı və KİV nümayəndələri ilə ünsiyyət saxlamağı qadağan edən qanunu imzalayıb. Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu məhdudiyyətlər hərbi toplanışlara çağırılmış rusiyalılara qarşı da qüvvədə olacaq. Bu məhdudiyyətlər səlahiyyətləri jurnalistlərlə ünsiyyət saxlamaq və informasiya ötürmək olan şəxslərə qarşı qüvvədə deyil.