Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi keçirilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmə proseslerində dindirələn şahidlərin ifadələrinin zərərçəkmişlərin ifadələri ilə üst-üstə düşmədiyini deyib. Şahidlərdən yalnız Cəfərov Habil pulun hədə-qorxu ilə alınmasına şahidlik edib ki, o da bu sözləri Tahirov Rəşaddan eşitdiyini söyləyib: "Bu yolverilməzdir, belə ki, yalnız ölən şəxslərin dilindən və məhkəmənin icazəsi ilə danışmaq mümkündür".
Daha sonra hər iki zərərçəkmiş təqsirləndirilən şəxslə barışdıqlarını, dəymiş ziyanın ödənildiyini və heç bir şikayətlərinin olmadığını bildiriblər. 
Ə. Əhmədovun vəkili onun üçün məhkəmədən bəraət tələb edib. 
Daha sonra məhkəmə Ə. Əhmədovdan son sözə hazır olub olmadığını soruşub. O isə hazır olmadığını bildirib. 
Məhkəmə 13 marta təyin olunub. 

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. 
H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. 
H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb. 
H.Əskərov R.Tahirovun arvadının qohumudur. 
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb. 

DİGƏR XƏBƏRLƏR

Top