62 min yeni iş yeri açılıb, işləyənlərin sayı isə 20 min nəfər artıb


Ötən il Bakı şəhərində ümumilikdə 62 min 215 yeni iş yeri açılıb və açılan iş yerlərindən 1-i müvəqqəti, 62 min 214-ü isə daimi olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki,  bu qədər yeni iş yerlərinin açılmasına baxmayaraq 2018-ci ildə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 982  nəfər artıb.
Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvarın 1-nə olan məlumata görə Bakı şəhərində 698 min 900 nəfər muzdlu işçi olduğu halda,  2019-cu ilin yanvarın 1-nə olan məlumata görə onların sayı 718 min 900 nəfər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top