Kanada hökumətində korrupsiya qalmaqalı: daha bir nazir istefa verdi


Kanadada hakimiyyətdaxili çəkişmələr ən yüksək həddə çatıb. Castin Trüdo hökumətinin üzləşdiyi korrupsiya qalmaqalı fonunda Nazirlər Kabentinin daha bir üzvü - xəzinə şurasının sədri Ceyn Filipott istefa verib.

Bu barədə “Fox News” məlumat yayıb.

Qalmaqala əsasən, Trüdo hökuməti “SNC-Lavalin” tikinti şirkətində baş verən korrupsiya hallarının ört-basdır edilməsi üçün ölkənin ədliyyə orqanlarına təzyiq göstərib.

Xəzinə şurasının sədri Ceyn Filippot       

Belə ki, ötən ay istefa vermiş baş prokuror Cudi Uilson-Reybould keçən həftə verdiyi ifadədə, şəxsən baş nazir Trüdo və onun hökumətindən olan bir neçə məmurun adı korrupsiyada hallanan tikinti şirkətinə qarşı cinayət işini açmamağı tələb edib.

“The Guardian” nəşrinin məlumatına görə, Kanadada doqquz min, dünya üzrə isə 52 mindən çox işçisi olan şirkətə qarşı istintaqın başlanılmaması üçün ona hətta təhdidlər edilib.

Dünən istefa vermiş Xəzinə Şurasının sədri Ceyn Filippot isə böyüyən qalmaqal fonunda Nazirlər Kabinetinin tərkibində qala bilməyəcəyini və artıq hökuməti müdafiə etmək niyyətində olmadığını dilə gətirib.

“Olduqca zəruri işlər görmək üçün tutduğum vəzifədən ayrılmağım məni çox üzür. Lakin mənə görə təməl dəyərlər, etik məsuliyyət və konstitusiya qarşısında öhdəliklər hər şeyin fövqündədir. Prinsiplərdən uzaqlaşmağın ağır bədəli var... Hökumətin bu məsələni obyektiv şəkildə araşdırıb, bu işlə bağlı bütün problemləri çözəcəyinə inamım qalmayıb”, - deyə istefa vermiş kabinet üzvü bildirib.

Qeyd edək ki, Kanadada Xəzinə Şurasının sədri ölkənin Nazirlər Kabinetinin ən vacib postlarından sayılır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top