Səudiyyə Ərəbistanı Kralı Salman Əbdüləziz əs-Səudun vəliəhd şahzadə Məhəmməd ibn Salman əs-Səudla arası dəyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Kral və şahzadənin Yəməndə davam edən müharibə daxil olmaqla, bir sıra əsas məsələlər üzrə fikir ayrılıqları var. Müxalif jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldükdən sonra ata və oğul arasına münasibətlər gərginləşib. Fevralın sonunda Kralın Misirə səfəri gərginliyi artırıb. Həmin vaxt müşavirlər Kralın təhlükəsizliyinə təhdid olması barədə xəbərdarlıq etmişdilər. Salman əs-Səudun ətrafı o qədər narahat olub ki, Kralla işləmiş mühafizəçilərin əvəzinə yeni mühafzəçilər göndərib. Ezamiyyətə gedən təhlükəsizlik xidməti əməkdaşlarının şahzadənin tərəfdarları ilə bağlı əndişələr olduğundan belə qərar qəbul edilib. Yekunda vəliəhd şahzadə atasını xarici səfərdən sonra aeroportda qarşılamayıb. Məhəmməd ibn Slman Kralın yoxluğunda bir neçə kadr dəyişikliyi aparıb. Adətən təyinatlar Kralın adından elan edilir, lakin bu dəfə onlar Kralın müavini tərəfindən imzalanıb.