
Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 min 56 nikah və 4 min 772 boşanma halları qeydə alınıb. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 2,1 olub.