İngilislər ən çox hansı avtomobillərə üstünlük verirlər? - SİYAHI


Son 2 ay ərzində İngiltərədə ən çox satılan yeni avtomobillərin sayı açıqlanıb.
Yeniavaz.com "statista"ya istinadən xəbər verir ki, yanvar-fevral aylarında İngiltərədə ən çox satılan "Ford Fiesta" avtomobili olub. Son 2 ay ərzində bu ölkədə 8 798 ədəd yeni "Ford Fiesta" avtomobili satılıb. İkinci sırada isə "Ford Focus" avtomobili yer alıb. İngilislər 2 ay ərzində 6 934 ədəd yeni "Ford Focus" alıblar.
Yanvar-fevral aylarında İngiltərədə ən çox satılan avtomobil markaları belə olub:
1. "Ford Fiesta" - 8 798
2. "Ford Focus" - 6 934
3. "Volkswagen Golf" - 6 340
4. "Mercedes-Benz A-Class" - 5 827
5. "Nissan Qashqai" - 5 719
6. "Volkswagen Polo" - 4 475
7. "Vauxhall Corsa" - 4 403
8. "Kia Sportage" - 4 259
9. "Ford Kuga" - 3 654
10.  "Mercedes-Benz C-Class" - 3 593

DİGƏR XƏBƏRLƏR

Top