Mingəçevirdə xüsusi kateqoriyaya daxil olan uşaqlar yapon toxuma üsulunu öyrənirlər - FOTOLAR


Yapon toxuma üsulu olan Amiqurumi Mingəçevirdə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən himayə olunan istedadlı uşaqlar arasında populyarlıq qazanıb.
Əsasən fiziki qüsurlu, valideyin himayəsindən məhrum olmuş, aztəminatlı ailələrə məxsus  və digər güzəştli kateqoriyadan olan ailələrin övladları mərkəzin nəzdində  Səmmarə Həmidovanın rəhbərlik etdiyi yaradıcılıq dərnəyində  yapon toxuma üsulunun sirlərini öyrənirlər. Oyuncaqlar, kuklalar, meyvə və çiçəklərin toxuma nümunələrini hazırlayan dərnək üzvləri  zaman-zaman əsərlərini  sərgilərdə təqdim edirlər. Bu sənətin Azərbaycanda tarixi köklərə malik olduğunu bildirən toxuma  mütəxəssisi Səmmarə Həmidova: "Uşaqlarımızın bu sənət növünə böyük marağı var. İstəyirik onların hazırladığı toxuma əsərləri turizm və mədəniyyətimizin təbliğinə xidmət etsin. Bizim qarşıda duran bir neçə vacib planlarımız var. Onların arasında ən başlıcası Kukla teatrı üçün Amiqurumi oyuncaqları hazırlamaq, hazırladığımız əl işlərinin satışını təşkil etməkdir. Yeni nümunələrdə uşaqların daha çox ölkəmizin turizm özəlliklərini, tarixini, mədəniyyətini  əks etdirəcək ekspozisiyalar üzərində çalışmasını təmin edəcəyik".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top