Yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT


Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Yeniavaz.com Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.

DİGƏR XƏBƏRLƏR

Top