Bakıda Rusiya vətəndaşına 17 min atıblar


Bakıda xarici ölkə vətəndaşına qarşı dələduzluq edilib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Rusiya Federasiyası vətəndaşı, Karanayev Məhəmmədrəsul Baqauntdinoviç ərizə ilə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət edərək bildirib ki, fevralın 21-də Nizami rayonu, Z.Məmmədov küçəsində Ramil adlı şəxs Rusiyanın Rostov şəhərinə pul müqabilində yük aparılmasını təşkil edəcəyinə söz verərək ondan 17000 rus rublu alaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top