Bakıda yataqxanada yanğın - ər və arvad tüstüdən boğularaq ölüb - YENİLƏNİB

Nərimanov rayonunda yataqxanada baş verən yanğında tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.

ONA-nın müxbiri xəbər verir ki, rəis müavini sakinlərin təxliyəsinə yardım edərkən tüstünün təsirinə məruz qalıb.  

Ona hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadaları tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Ümumilikdə hadisə nəticəsində 8 nəfər zərər çəkib. Onlardan ikisi - ər-arvad olan Elza və Surxay Əliyevlər dünyasını dəyişib. Qalan 6 nəfərdən 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.

00.30
Bakının Nərimanov rayonunda beşmərtəbəli yataqxanada yanğın olub.

Yeniavaz.com nazirlıyin saytına istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür. İlkin məlumata görə, bir nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə zamanı 5 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yanıq xəsarəti alanlar Laçın rayonundan olan məcburi köçkün 1953-cü il təvəllüdlü Elza Əliyeva və Əliyev Surxaydır. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Məlumata görə, tüstüdən boğulanlardan biri xəstəxanada ölüb.  

Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.  

DİGƏR XƏBƏRLƏR

Top