Londonun iki aeroportunda və dəmiryolu vağzalında partlayıcı aşkarlanıb


Britaniya polisi Londonun Hitrou və London-Siti aeroportlarında, həmçinin paytaxtın London-Vaterloo dəmiryolu vağzalında o qədər də böyük ölçüdə olmayan partlayıcı qurğu aşkarlandığı barədə məlumat yayıb.

Mütəxəssislər partlayıcı qurğuların anidən alışma qabiliyyətli olduğunu bildiriblər.

Britaniyanın terrorla mübarizə polisi faktla bağlı araşdırmalara başlayıb.

Partlayıcılar aşkarlanmazdan bir qədər əvvəl Gatvik aeroportunun işini pozmağa çalışan şübhəli şəxsin polis tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top