70 yaşlı kişi dəm qazından boğularaq ölüb - İsmayıllıda

İsmayıllıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə bu gün saat 18:30 radələrində İsmayıllı şəhəri, Nizami Səmədov küçəsi 40 ünvanında qeydə alınıb. Həmin ünvanda tək yaşayan, 1949-cu il təvəllüdlü Hüseynov Hüseyn Məhəmməd oğlunun meyiti yaşadığı evin hamam otağında tapılıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top