Ən varlı 10 rusiyalı - SİYAHI


“Forbes” jurnalının versiyasına əsasən, NOVATEK və SİBUR-un əsas səhdmarı Leonid Mihelson Rusiyanın ən varlı adamıdır. Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, onun sərvəti 24 milyard dollar həcmində qiymətləndirilir. L. Mihelson 2016-2017-ci illərdə ölkənin ən varlə biznesmeni artıq olub. İl ərzində o, var-dövlətini 6 milyard dollar artırıb. Bununla da L. Mihelson 2011-ci ildən bəri sərvəti 20 milyard dolları ötən ilk rusiyalı biznesmendir.

Rusiyanın ən varlı şəxslərinin ilk onluğu:

 

1.      Leonid Mihelson — $24 milyard (+$6 milyard)

2.      Vladimir Lisin — $21,3 milyard (+$2,2  milyard)

3.      Vahid Ələkbərov — $20,7 milyard (+$4,3 milyard)

4.      Aleksey Mordaşov — $20,5 milyard (+$1,8 milyard)

5.      Gennadi Timçenko —$20,1 milyard(+$4,1 milyard)

6.      Vladimir Potanin — $18,1 milyard (+$2,2 milyard)

7.      Mixail Fridman — $15 milyard (-$100 milyon)

8.      Andrey Melniçenko — $13,8 milyard (-$1,7 milyard)

9.      Alişer Usmanov — $12,6 milyard (+$100 milyon)

10.  Roman Abramoviç — $12,4 milyard (+$1,6 milyard)

Ən varlı 10 rusiyalının ümumi sərvəti il ərzində 20,5 milyard dollar artıb.

DİGƏR XƏBƏRLƏR

Top