Ana qızını öldürən şəxsdən şikayətçi olmadı



Bakıda keçmiş arvadını öldürən şəxsin məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Yeniavaz.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M. Qocayev dindirilib, o özünü qismən təqsirli bilib. Belə ki o, Ülviyyə Allahverdiyevanın onu bıçaqla vurduğunu, daha sonra isə özünün bıçağı alaraq onu öldürdüyünü bildirib. 
Məhkemə heyəti tibbi ekspertizanın bunun əksini, yəni M. Qocayevin özü özünü bıçaqladığını desə də, o ifadəsini dəyişməyib. O həmçinin mərhumla bir-birlərini sevdiklərini də deyib. 
Təqsirləndirilən şəxsin anası İradə Əliyeva şahid qismində dindirilib. O hadisəni qızından eşitdiyini bildirib və M. Qocayev ile Ülviyye Allahverdiyevanın bir-birini bıçaqladığını deyib. Daha sonra hakim ona müstəntiqə verdiyi ifadəni xatırladıb. Belə ki o, həmin ifadədə oğlunun Ü. Allahverdiyevanı ve özünü bıçaqladığını deyib. Bundan sonra İ. E müstentiqə verdiyi ifadənin doğru olduğunu təsdiqləyib. 
Sonra təqsirlendirilən şəxsin bacıları dindirilib. Onlar da hadisəni görmədiklərini, hər ikisinin bir-birini bıçaqladıqları məlumatını eşitdiklerini deyiblər. 

Sonda zərərçəkmişin hüquqi varisi ve həmçinin anası S. Allahverdiyevaya söz verilib. O heç bir şikayətinin olmadığı, buna səbəb isə qızının geridə qalan övladının olduğunu deyib. 
Məhkəmə mart ayının 12-nə təxirə salınıb. 

Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.

Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar. O, cinayət məsuliyyətinə cəlb edilib.

Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.

Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top