Azərbaycanlıları təhqir edən çeçen "Mansur starıy" üzr istədi - VİDEO


Azərbaycanlıları təhqir edən çeçen "Mansur Starıy" canlı yayımda üzr istəyib.

Moskvada yaşayan Fuad Abbasovun rəhbəri olduğu Misra TV-nin canlı yayımında çıxış edən "Mansur Starıy" etdiyi əməldən peşman olduğunu bildirib.

O, deyib ki, həmin təhqirləri qəzəbli vaxtında söyləyib və işlətdiyi ifadələrə görə üzr istəyir.

Mansur əslində müsəlman qardaşları olan azərbaycanlılara rəğbət etdiyini bildirib.

Xatırladaq ki, çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyan olub. Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan "WhatsApp" yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib.  

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu "WhatsApp"da yayaraq öz məqsədinə çatıb. Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxdı.   

İki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu Fuad Abbasov üzə çıxartdı. Məhz bu səbəbdən Rusiya Federasiyasında yaşayan ermənilər ona qarşı kompaniyalar aparırlar.

(baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top