Dünyada bu xəstəlikdən sağalan ikinci pasiyent oldu


Tibb tarixində sayca ikinci pasiyent İnsanın İmmunçatışmazlığı Virusundan (İİV) sağala bilib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu müalicədə iştirak etmiş alimlərdən ibarət beynəlxalq qrupun nümayəndələri deyiblər. Onların sözlərinə görə, xəstə sümük iliyinin nəqlindən istifadə olunmaqla terapiya keçib. Ekspertlərin özləri onu “London pasiyenti” adlandırırlar, çünki xəstə adının açıqlanmasını istəməyib. “London pasiyenti” 2016-cı ilin mayında sümük iliynin köçürülməsi üzrə əməliyyat keçirib, 2017-ci ilin sentyabrından İİV-in yayılmasının qarşısını alan preparatlar qəbul etməyi dayandırıb Həmin vaxtdan onun qanında virusun izləri aşkarlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top