Sabiq polis rəisinin müavini günahsız olduğunu bildirib - Məhkəmə

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə etməkdə təqsirləndirilən Qaradağ Rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Ə.Ağaliyev ona yönəldilən ittihamı qəbul etməyib və günahsız olduğunu bildirib.
O, şahidlər və zərərçəkmiş şəxs dindiriləndən sonra ifadə verəcəyini deyib.
Məhkəmədə, zərərçəkmişin hazırda ölkə xaricində olduğu elan olunub.
Prosesdə şahid qismində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları ifadə veriblər.
Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.
Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis-polkovniki vəzifəsində işləyib.
 

DİGƏR XƏBƏRLƏR

Top