Qaynatasını döyən 5 qat dünya çempionunun övladları: "Atamızı sevmirik, çünki.."


 
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Yeniavaz.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə zərərçəkmiş Bəhruz Dilbazinin həyat yoldaşı Firəngiz Yusifova dindirilib. O bildirib ki, hadisə zamanı o da orada olub və Ehram Məcidovun B. Dilbazini döyməsinə şahidlik edib: "Gördüm ki, əyilib nəsə götürdü və Bəhruzu döyməyə başladı. Mən mane olmağa çalışsam da bunu bacarmadım. Döyərkən barmaqlarına üzüye oxşar bir nəçə metal taxmışdı". O, həmçinin bildirib ki, hadisə baş verən zamanadək E.M. Tez-tez onları narahat edib ve qızı Müqəddəni ölümlə, başını kəsməklə hədələyib.
Daha sonra E. Məcidovun övladları 12 yaşlı R. ve 9 yaşlı S. Məcidzadə şahid qismində dindirilib.
Hakim T. Məcidzadədən atasını sevib sevmədiyini soruşub. T. M ise atasını sevmədiyini bildirib: "Biz ondan qorxuruq, ona görə ki, o anamı sevmirdi və onun üstünə bıçaq çəkmişdi. Babamı döyəndə mən də orada idim. O, babamı beşbarmaqla döyürdü"
Ehram Məcidov oğluna digər babası Xudunun, əmisinin və bibilərinin də onu çox istediyini ve bu gün məhkəməyə gəldiklərini bildirib. T. M isə cavabında "gələn idilər əvvəldən gələydilər" deyə cavab verib.
9 yaşlı S. M da atasını sevmədiyini, onnan qorxduğunu bildirib.
Məhkəmə bir gün sonraya təxirə salınıb.
 
Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.
E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbaziilə boşanıb. Cütlüyün nikahından iki övladı olub. Uşaqlar ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşaqların xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla həyat yoldaşı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.
Son dövrdə isə E.Məcidov övladları ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqlarla görüşməsi ilə bağlı mübahisə ediblər.
İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.
 

DİGƏR XƏBƏRLƏR

Top