Kosta-Rikada 1,4 ton kokain ələ keçirildi - 3 kolumbiyalının sərgüzəşti


Narkotrafiklə mübarizə üzrə xüsusi əməliyyatın nəticələri üzrə Kosta-Rikada 1,4 tondan çox kokain müsadirə edilib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, sahil mühafizə xidmətinin əməkdaşları ölkənin cənub sahilləri ətrafında böyük partiya narkotik daşıyan sürətli kateri ələ keçiriblər. Təqib zamanı qaçaq yükü müşayiət edən üç kolumbiyalı kokain paketlərini dənizə atıblar və Eskondida çimərliyi (Puntarenas vilayəti) ərazisində sahilə yan alıblar. Onlar bundan sonra gizlənməyə çalışıblar, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Kosta-Rika hakimiyyətinin məlumatına əsasən, ələ keçirilmiş kokain partiyası ölkədə ilin əvvəlindən müsadirə edilmiş ən irisidir.

DİGƏR XƏBƏRLƏR

Top