"Vacib xidmət sektorları bazar günü işləməlidirlər" - Deputatdan təklif


“Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləməlidirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: “Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftə içi - iş vaxtı bunu həll edə bilmir”.(report)

DİGƏR XƏBƏRLƏR

Top