Komitə rəhbərləri Trampla Putin arasında gedən danışıqların ətraflı izahını tələb etdi


ABŞ Nümayəndələr palatasının 3 komitəsinin sədrləri Ağ Ev və Dövlət Departamentindən Donald Trampın Rusiya przidenti Vladimir Putinlə apardığı danşıqların detallarının açıqlanmasını tələb edib.

İki prezidentin Hamburq və Helsinki görüşləri barədə məlumat verilməsi barədə sorğu qanunverici orqanın kəşfiyyat, xarici işlər və dövlət nəzarəti komitələrindən gəlib.

“Reuters”in verdiyi xəbərə əsasən. eyni məzmundakı məktub Ağ Ev aparatının rəhbəri Mik Maveyni və dövlət katibi Maykl Pompeoya ünvanlanıb. Komitə nümayəndələrinin fikrincə, Donald Tramp qəsdən Rusiya lideri ilə şəxsi görüşlərinin detallarını gizlədir. Onlar buna görə görüşdə iştirak edən tərcüməçi və linqvistlərin də komitənin dinləmələrinə gətirilməsini istəyiblər.

Qeyd olunur ki, daha öncə CNN telekanalının analitiki Samanta Vinoqrad da Donald Tramla Vladimir Putin arasındakıı müzakirələrin Rusiya prezidentinin sseanrisi üzrə getdiyini xəbər edib.

Samanta Vinoqrad ölkə prezidentinin bu günlərdə mühafizəkar siyasətçilərin konfransındakı çıxışını tənqid edərək onun bu vaxta qədər əsl işinin sanki Putinin arzularını yerinə yetirməkdən ibarət olduğunu deyib.

Amerikalı şərhçi dövlət başçısını Konqres və Ədliyyə nazirliyi kimi qurumların işini iflic etməkdə günahlandırıb.(musavat)

DİGƏR XƏBƏRLƏR

Top