Roma Papası Fransisk Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivlərini açacağını bəyan edib.
Papa bu qərarı yəhudilərin Papa Piyin Holokost hadisəsinə göz yumması iddiaları qarşısında qəbul edib.
Arxivin 2020-ci il martın 2-də açılacağı bildirilir.
Qeyd edək ki, XII Piy 1939-cu ildən 1958-ci ilə qədər Papa olub.
Holokost isə nasistlərin planlı şəkildə yəhudilərin kökünü kəsmək üçün həyatda keçirdiyi planı idi. 1933-cü ildən 1945-ci ilədək ümumilikdə 6 milyon yəhudi bu amasız planın qurbanı olub. (oxu.az)