Hollandiya İrandakı səfirini geri çağırır


Niderland məsləhətləşmələr üçün İrandakı səfirini geri çağırmaq qərarına gəlib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Stef Blok deyib. Onun sözlərinə görə, İran hakimiyyəti Niderand diplomatik nümayəndəliyinin iki əməkdaşını ölkədən çıxardıqdan sonra bu cür qərar qəbul olunub: “Hollandiyalı diplomatlar ölkədən martın 3-də çıxarılıb. Bununla əlaqədar Nazirlər Kabineti məsləhətləşmələr aparmaq üçün Tehrandakı səfiri geri çağırmaq qərarı alıb”.

DİGƏR XƏBƏRLƏR

Top