Meymunlar insanların sevdikləri heyvan növləri arasında yer alır.
Ona görə də Mingəçevirdəki əyləncə mərkəzlərindən birində Neona adlı 1 yaşlı meymun balası hər kəsin marağına səbəb olub. Neona Mingəçevirə Afrikadan gəlib. Onun sahibi deyir ki, əyləncə mərkəzinə gələn balaca uşaqlar hətta böyüklər də Neona ilə maraqlanır, onunla şəkil çəkdirir və əylənirlər. Neona da adi insanlar kimi qidalanır. Onun ən çox sevdiyi meyvə banandır. Bir gündə bir neçə ədəd bana yeyən Neona ev yeməkləri ilə də qidalanır. Neona əyləncə mərkəzində əylənir, uşaqları görəndə daha çox sevinir. Amma o, daha çox itdən qorxur. Neona "Zeros" növünə aid olduğuna görə tam tərbiyələnmiş bir heyvandır.
Esmira Hidayətova, Mingəçevir