Koçaryan: Əliyev Paşinyanı məğlub etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ probleminin həlli üzrə danışıqların aparılması faktını nəyin bahasına olursa-olsun gizlətməyə çalışır.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin ikinci Prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, danışıqların faktının özü deyil, Baş nazirin bunu səylə gizlətməyə çalışması şübhə doğurur: “Cəmiyyətə hakimiyyətin Qarabağ üzrə mövqeyi məlum deyil, çünki bu, indiyədək səsləndirilməyib və məhz bu, narahatçılıq doğurur”. R. Koçaryan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanı məğlub edib: “Düşənbədəki “lift danışıqları” erməni tərəfinə sərf edən təmas xəttində etimad tədbirlərinin möhkəmləndirilməsi üzrə Vyana və Sankt-Peterburq razılaşmalarını dəfn edib”.

DİGƏR XƏBƏRLƏR

Top