Türkiyədə inflyasiya yenə artıb

Türkiyədə fevral ayında inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 19,67 faiz artıb.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu rəqəm 2004-cü ildən bəri fevral ayında görülən ən yüksək inflyasiyadır. Aylıq inflyasiya yanvarla müqayisədə 0,16 faiz artıb. Fevral ayında qiyməti ən çox artan 35,19 faizlə kahı oldu.

DİGƏR XƏBƏRLƏR

Top