İsrail əsgərləri iki fələstinlini güllələdi, birini yaraladı


İsrail əsgərləri İordan çayının qərb sahilində avtomobilin bir qrup hərbçini vurmasından sonra iki nəfəri güllələyib, bir nəfəri isə yaralayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, insident Fələstinin Ramalla şəhərindən 10 kilometr aralıda baş verib. Maşının çırpılması nəticəsində iki hərbçi xəsarət alıb, onları təyyarə ilə təxliyyə ediblər. İsrail tərəfi bəyan edir ki, ilkin hesablamalara görə baş vermiş hadisəni terror hücumu adlandırmaq olar. Xatırladaq ki, İsrail 1967-ci ildə altıgünlük müharibədən sonr İordan çayının Qərbini nəzarət etməyə başlayıb. Bununla belə, fələstinlilər belə nəzarətin əleyhinə çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top