Bina evində kabab bişirirdilər, yanğınsöndürənlər gəldi - VİDEO


Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Bildirilir ki, “Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb.

Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.

Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.

DİGƏR XƏBƏRLƏR

Top