Canavarlar Yevlaxda kəndə hücum edib - VİDEO


Hadisə rayonun Ərəbbəsrə kəndində baş verib. 3 kənd sakinin həyətinə soxulan acgöz canlılar 5 baş qoyunu parçalayıb 7 başını isə yaralıyıb. Yeniavaz.com xəbər verir ki, günorta saatlarında hücuma keçən canvarlar sakinlərin səs küyünə ərazidən uzaqlaşsada hər gün onlarla rastlaşır. Kəndlilər bildirir ki,canavarlar əsasən yaxınlıqdakı qəbirstanlıqda və onun yaxınlığındakı qamışlıqda tez-tez görünür.
Kənddə canvarlardan qorunmaq üçün mal-qara sahibləri əllərində zopa olmadan hərəkət etmirlər. Songünlər vəhşi heyvanlar aktivləşməsi sakinləri xeyli həyacanlandırıb. Onlar adiyyatı qurumların tədbir görməsini vacib hesab edir.
Canavarların yaraladığı heyvanlar yerli baytarlar tərəfindən müayinə edilib,onlara quduzluq əlehinə vaksinlər vurulub. Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top