ABŞ yeni silah yaradır


Pentaqon “Stryker” adlı zirehli avtomobil üzərində yerləşəcək yüksək energetik lazer silahı modulları hazırlamağı planlaşdırır. Sifariş ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığı yanında kosmik və raket əleyhinə müdafiə idarəsi tərəfindən daxil olub. Bildirilir ki, bu məqsədlə dövlət satınalmaları saytında kompakt və etibarlı modulları istehsal edə biləcək müəssisələr haqqında məlumatlara dair sorğu yerləşdirilib. Bu modullar amerikalı hərbçilərə çox məqsədli yüksək energetik lazer silahının (High Energy Laser) alt sistemləri üçün lazımdır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top